Region gənclərinin layihələrin yazılması və idarə edilməsi bacarıqlarının artırılması
31 Yanvar 2022

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilaları Milli Şurasının dəstəyi ilə “Region gənclərinin layihələrin yazılması və idarə edilməsi bacarıqlarının artırılması” adlı layihəsinin icrasına başlamışdır.
Layihə 2 ay olmaqla Zərdab rayonunda həyata keçiriləcəkdir.
Layihənin məqsədi region gənclərini layihələrin yazılması və idarə edilməsi istiqamətində bilik və bacarıqlara yiyələndirmək, yerli və beynəlxalq qrantlara müraciət etmələrinə təşviq etməkdən ibarətdir.
Layihə çərçivəsində təlimlərin 12-13 fevral 2022-ci il tarixlərində həyata keçirilməsi nəzərdə tutulur. Yerlər məhduddur. Seçilmiş iştirakçılarla öncədən əlaqə saxlanılacaq və bu iştirakçılar təlimlərin sadəcə birində iştirak edəcəklər.
Qeydiyyat üçün linkə daxil ola bilərsiniz.