Region gənclərimiz UNİCEF-in təşkilatçılığı ilə keçirilən sərgidə iştirak ediblər
12 Oktyabr 2022
Region gənclərimiz UNİCEF-in təşkilatçılığı ilə keçirilən sərgidə iştirak ediblər.
Belə ki, ötən həftə “İqlim dəyişikliyinə qarşı mübarizə üçün hippoların dünya səyahəti” adlı sərgi çərçivəsində təşkil edilən “İqlim dəyişikliyinə qarşı mübarizədə yeniyetmələrin və gənclərin rolu” müzakirəsi baş tutub.
Sərgidə Xəzər, Şəmkir və Tovuz məşvərət şuralarının nümayəndələri təqdimatla çıxış edərək:
- İqlim dəyişikliyinin gündəlik həyata təsiri;
- Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolu;
- Gündəlik davranışların iqlim dəyişikliynə təsiri mövzularında gənclər və yeniyetmələrlə müzakirə etmə şansı əldə ediblər.