Region gənclərinin düzgün peşə və ixtisas seçiminə dəstək üçün layihə keçirilib

17 İyun 2022

Region gənclərinin düzgün peşə və ixtisas seçiminə dəstək üçün layihə keçirilib

28 may – 16 iyun tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən "Region məktəblilərinin psixoloji hazırlığı və düzgün ixtisas seçiminə dəstək" adlı layihə həyata keçirilib.

Layihə müddətində Hacıqabul və Qaradağ rayonlarında yaşayan 100-ə yaxın gənc üçün keçirilən təlimlərdə düzgün ixtisas seçimi etməyin əhəmiyyəti, peşə və ixtisasların düzgün seçilməsinin gələcək karyerada önəmi, psixoloji söhbətlər və müxtəlif intellektual oyunlar təşkil olunmuş, sonda isə gənclər təlimlərdə uğurlu iştiraklarına görə sertifikatla təltif edilmişdir.

Qeyd edək ki, "Region məktəblilərinin psixoloji hazırlığı və düzgün ixtisas seçiminə dəstək" layihəsini həyata keçirilməsində məqsəd Qaradağ və Hacıqabul rayonlarından olan məktəblilərinin karyera planlaşdırılmasında dəstəyin göstərilməsini, bilik, bacarıq və maraq dairələrinə uyğun düzgün peşə və ixtisasa istiqamətləndirilmələrini təmin etməkdir.

 

None