“Region məktəblilərinin psixoloji hazırlığı və düzgün ixtisas seçiminə dəstək” layihəsinə start verdik
30 May 2022

Üzv təşkilatımız "Yeni Yol Gənclərin Maarifləndirilməsi İctimai Birliyi" ilə birlikdə “Region məktəblilərinin psixoloji hazırlığı və düzgün ixtisas seçiminə dəstək” layihəsinə start verdik.
Layihə çərçivəsində Qaradağ və Hacıqabul rayonlarnın ümum təhsil məktəblərində oxuyan şagirdlərin peşə və ixtisas seçimi ilə bağlı düzgün istiqamətləndirilməsinə dair maarifləndirici təlimlər həyata keçirilir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində baş tutur.