Regionlarda ekoloji istiqamətlə layihələrimiz davam etməkdədir
6 Oktyabr 2022

Regionlarda ekoloji istiqamətlə layihələrimiz davam etməkdədir.
Belə ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi çərçivəsində Qazax və Şəmkir rayonlarında davamlılıq layihələri keçirilib.
Qazax rayonunda keçirilən “EcoVelo” layihəsi çərçivəsində Məşvərət Şurasının üzvləri tərəfindən Gənclər Evinin qarşısına 4 velosiped, dəbilqə, dizlik, 1 velodayanacaq və 1 zibil qabı qoyulub. Bunun nəticəsində gənclər plastik və kağız tullantıları təqdim etməklə velosipedlərdən müəyyən müddətə istifadə edə biləcəklər.
Şəmkir rayonunda keçirilənn “Ekologiya hər yerdə!” layihəsi çərçivəsində Məşvərət Şurasının üzvləri tərəfindən rayonun 6 kənd və qəsəbəsində çeşidlənmiş zibil qabları yerləşdirilib. Kənd bələdiyyələri tərəfindən zibil qablarının dolduğu zaman boşaldılıb, yerləşdirilmələrinə davamlı nəzarət ediləcək.
Qeyd edək ki, "5 Rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi Avropa İttifaqı və UNICEF-in dəstəyi, NAYORA- təşkilatçılığı ilə keçirilir.