“Remember to Act: Understand-Learn-Act” layihəsi çərçivəsində yerli fəaliyyət (local activity) keçirilib

30 Mart 2023

“Remember to Act: Understand-Learn-Act” layihəsi çərçivəsində yerli fəaliyyət (local activity) keçirilib

“Remember to Act: Understand-Learn-Act” layihəsi çərçivəsində yerli fəaliyyət (local activity) keçirilib.

30 gəncin iştirakı ilə keçirilən yerli fəaliyyətin təşkil edilməsində əsas məqsəd gənclər arasında sülh haqqında məlumatlılığı artırmaq, sülh təhsili ilə bağlı yanaşmalar və təcrübələri aşılamaq olub.

Proqram çərçivəsində ilk olaraq iştirakçıların bir-birilərini tanımaları üçün enercayzer keçirilib, daha sonra isə təlim sessiyası başlayıb. Qeyd edək ki, sessiya müxtəlif vörkşop və qrup işlərini özündə birləşdirib.