“Remember to Act: Understand-Learn-Act” layihəsi çərçivəsində yerli fəaliyyət baş tutacaq

5 Fevral 2023

“Remember to Act: Understand-Learn-Act” layihəsi çərçivəsində yerli fəaliyyət baş tutacaq

Son müraciət tarixi: 5 Fevral 2023

MÜRACİƏT ET

Dəyərli gənclər təşkilatlarının nümayəndələri,

9 fevral tarixində “Remember to Act: Understand-Learn-Act” layihəsi çərçivəsində “Suitcase of my life” adlı yerli fəaliyyət baş tutacaq.

Bu fəaliyyət nəsillərarası dialoqu təşviq etmək və bunun vasitəsilə keçmiş hadisələrə fərqli yanaşma ortaya qoymaq məqsədi daşıyır.

Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçiriləcək vörkşopda seçiləcək iştirakçılardan doğma yurdları ilə bağlı xatirələrini, yaşantılarını və ya təsəvvürlərini əks etdirən əşya, şəkil və ya təsvirlərin gətirmələrinə ehtiyac var. Müzakirələr bunun əsasında qurulacaqdır.

İştirakçı sayı 16 nəfər olacaq. (8 gənc + 8 yaşlı nəsil nümayəndəsi)