“Remember to Act: Understand-Learn-Act” layihəsinin Bakı fazası yekunlaşdı
17 Fevral 2023

“Remember to Act: Understand-Learn-Act” layihəsinin Bakı fazası yekunlaşdı.
5 gün davam edən layihə çərçivəsində iştirakçılar tolerantlıq, sülh təhsili, metodlar, mövcud təcrübələrlə tanış olaraq, müxtəlif vörkşop, təlim və sessiyalarda iştirak ediblər.
Almaniya, Azərbaycan və Gürcüstandan olan nümayəndələrin iştirakı ilə keçirilən layihə “Almaniya Federal Xarici işlər Nazirliyi” və “EVZ Fondu”nun dəstəyi, “Gemeinsam leben & lernen in Europa” və “Proactive Group Georgia” təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.