“Remember to Act: Understand-Learn-Act” layihəsinin Bakı fazasına start verilib
15 Fevral 2023

“Remember to Act: Understand-Learn-Act” layihəsinin Bakı fazasına start verilib.
5 gün davam edəcək layihə çərçivəsində iştirakçılar tolerantlıq, sülh təhsili, metodlar və mövcud təcrübələrlə tanış olurlar.
Təlim müddətində qeyd edilən mövzular ətrafında müxtəlif vörkşoplar, enercayzerlər və sessiyalar həyata keçirilir.
Almaniya, Azərbaycan və Gürcüstandan olan nümayəndələrin iştirakı ilə keçirilən layihə Almaniya Federal Xarici işlər Nazirliyi və EVZ Fondunun dəstəyi, Gemeinsam leben & lernen in Europa və Proactive Group Georgia təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.