Rumıniyanın Buxarest şəhərində keçirilən beynəlxalq Forumda iştirak etdik
5 Mart 2023

Rumıniyanın Buxarest şəhərində keçirilən beynəlxalq Forumda iştirak etdik.
Belə ki, NAYORA-nın Beynəlxalq əlaqələr və Layihələr üzrə katibi Fatimə Əsədova Buxarestdə keçirilən “fYOUture of YouTh” (Gəncliyin gələcəyi) adlı Forumda ölkəmizi təmsil edib.
Forumun məqsədi gənclərə həsr olunmuş cari Avropa proqramlarının, güclü məqamların və təkmilləşdirilməyə ehtiyacı olan elementlərin xəritələşdirilməsi, Avropada gənclərin gələcəyi ilə bağlı iştirakçının qətnaməsinin hazırlanmasından ibarət olub.