Şəmkir Məşvərət Şurası tərəfindən ağacəkmə aksiyası həyata keçirilib

2 Mart 2021

Şəmkir Məşvərət Şurası tərəfindən ağacəkmə aksiyası həyata keçirilib

Şəmkir Məşvərət Şurası tərəfindən həyata keçirilən “Ətraf-mühitin qorunması - Dayanıqlı İnkişaf” layihəsi çərçivəsində ağacəkmə aksiyası həyata keçirilib.

 

Aksiyada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Cənab Alimpaşa Məmmədov da iştirak edərək Şura üzvlərinə dəstək nümayiş edib.

 

Qeyd edək ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Uşaq Fondunun (UNICEF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.