Sizə region gənclərimizin naliyyətlərini təqdim edirik
21 Oktyabr 2022

Sizə region gənclərimizin naliyyətlərini təqdim edirik.
Beləki, bir müddət öncə İsmayıllı, Quba və Lerik rayonlarından olan xanımlara sosial sahibkarlıq təlimləri keçib, daha sonra hər rayondan 3 layihəyə resurs dəstəyi göstərmişdik.
“Şirniyyat və Kulinariya” bu layihələrdən biridir. Aynur Yusifova və Albina İsmayılova layihənin rəhbərləridir.
Sevindirici haldır ki, artıq Şirniyyat və Kulinariya layihəsi “İsma Kitchen” brendi adı altında fəaliyyət göstərir. Brendin ilk stendi İsmayıllı rayonunda “3 il birlikdə” hesabat konfransında nümayiş olunub.
Layihənin əsas məqsədlərindən biri əldə olunan gəlirin bir hissəsinin aztəminatlı ailələrin övladlarına dərs ləvazimatları xərclərinə yönəldilməsidir. Komandada 4 xanım fəaliyyət göstərir.
Qeyd edək ki, layihə şiriyyatların və digər yeyinti məhsullarının satışı, bol çeşitli “İsma Kitchen” brendini tanıtmağı və kulinariya sahəsi üzrə müxtəlif master-klasslar keçməyi hədəfləyir.