Sizləri "Qadın və qızlara qarşı zorakılıqla mübarizə" mövzusunda ilk ictimai müzakirənin moderatoru Məryəm Məcidovanı daha yaxından tanımağa dəvət edirik.

11 İyun 2020

Sizləri "Qadın və qızlara qarşı zorakılıqla mübarizə" mövzusunda ilk ictimai müzakirənin moderatoru Məryəm Məcidovanı daha yaxından tanımağa dəvət edirik.

Gəlin ilk ictimai müzakirəmizin moderatorununu daha yaxından tanıyaq 😊

Azərbaycan Dillər Universitetinin (2015) məzunu olan Məryəm Məcidova hazırda ADA Universitetində İctimai İdarəetmə üzrə magistr təhsili almaqdadır. 2012-ci ildən etibarən, 40-dan çox ölkə və təşkilatda İnklüziv Təhsil, Emosional Zəka və Gender Bərabərliyi mövzularında beynəlxalq təlimçi, fasilitator və moderator qismində fəaliyyət göstərir. (Avropa Şurası, WoWoman Azərbaycan, Avropa Gənclər Klubu Konfederasiyası, Erasmus+ layihələri)

2009-cu ildə Almaniyanın Drezden şəhərindəki Goethe İnstitutunun təqaüdçüsü seçilmiş və bir aylıq gender elmləri üzrə yay məktəbində iştirak etmişdir. 15 yaşından etibarən ildən yerli və beynəlxalq proqram və təşkilatlarda könüllü fəaliyyətə başlamışdır. 2014-2016-cı illərdə AIESEC-in Azərbaycandakı prezidenti, 2015-ci ildə isə AIESEC Beynəlxalq Ofisində komitə sədri seçilmişdir. Məryəm Avropa Şurasının Demokratik Vətəndaşlıq və İnsan Hüquqları Təhsili üzrə uzunmüddətli Təlimi Kurslarının məzunudur. 2017-2018 Avropa Gənclər Forumunun Dayanıqlı İnkişaf Məqsədləri üzrə komitə üzvü olmuşdur.

2018-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi seçilib və hazırda təşkilatın ilk qadın Sədri kimi fəaliyyət göstərir.

📢Nəzərinizə çatdıraq ki, ictimai müzakirə üçün qeydiyyat 14:00-a kimi davam edir.

⬇️Tədbirə qeydiyyat üçün link:
🔗
https://bit.ly/2ALQUmK