Skaut liderləri dayanıqlı inkişaf naminə layihəsi davam edir.
28 Fevral 2022

Üzv təşkilatımız olan Azərbaycan Skautlar Assosiasiyası ilə birlikdə icra etdiyimiz "Skaut liderləri dayanıqlı inkişaf naminə" layihəsi davam edir.
Layihənin ikinci günü iştirakçılar “XXI əsrin liderlik bacarıqları”, “Skautların 6 istiqamət üzrə inkişafı”, “Skaut bacarıqları” və digər təlimlərdə iştirak ediblər.
Layihənin sonunda iştirakçı yeni skaut liderlərinə müvəffəqiyyət sertifikatı təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi pandemiya səbəbilə onlayn formatda “İlkin liderlik kursu – təkmilləşdirmə məktəbi” layihəsində nəzəri liderlik təlimlərində iştirak etmiş gənc liderlərin Dayanıqlı İnkişaf Məqsədləri üzrə bilik və bacarıqlarının peşəkar şəkildə inkişafını həyata keçirtməkdir. Həmçinin yeni yaradılacaq skaut dəstələrində liderlər öyrəndikləri bilik və bacarıqları azyaşlı skautlara tədris edəcəklər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilir.