Skaut liderləri dayanıqlı inkişaf naminə

24 Fevral 2022

Skaut liderləri dayanıqlı inkişaf naminə

Üzv təşkilatımız olan Azərbaycan Skautlar Assosiasiyası ilə birlikdə "Skaut liderləri dayanıqlı inkişaf naminə" layihəsinə start verdik. 🤩

Layihənin ilk günü iştirakçılar ASA-nın "Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" proqramı çərçivəsində "Liderlər üçün Dayanıqlı İnkişaf Məqsədləri Modeli", "Safe From Harm" və digər komanda quruculuğu istiqamətində digər təlimlərdə iştirak etmişlər.

Qeyd edək ki, layihənin əsas məqsədi pandemiya səbəbilə onlayn formatda “İlkin liderlik kursu – təkmilləşdirmə məktəbi” layihəsində nəzəri liderlik təlimlərində iştirak etmiş gənc liderlərin Dayanıqlı İnkişaf Məqsədləri üzrə bilik və bacarıqlarının peşəkar şəkildə inkişafını həyata keçirtməkdir. Həmçinin yeni yaradılacaq skaut dəstələrində liderlər öyrəndikləri bilik və bacarıqları azyaşlı skautlara tədris edəcəklər.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının "Gənclər Təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi" proqramı çərçivəsində həyhata keçirilir.