Sloveniyanın Portoroz şəhərində Gənclərin Sağlamlıq Forumu keçirilib
28 Fevral 2023

Sloveniyanın Portoroz şəhərində NAYORA-nın da tərəfdaşı olduğu Gənclərin Sağlamlıq Forumu keçirilib.
Forumda ölkəmizi üzv təşkilatımız olan Həkim və Təbib Tələbələr İctimai Birliyinin sədri Aqil Vəlizadə və Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov təmsil edib.
Bir neçə gün davam edən forum Ümumdünya Səhiyyə Təşkilatı və beynalxalq qurumların əməkdaşları tərəfindən aparılan təlimlər, qrup işləri, vörkşoplardan ibarət olub.
Qeyd edək ki, Forumun məqsədi beynəlxalq təcrübə mübadiləsi və səhiyyədə müasir imkanların araşdırılmasından ibarət olub.