Sosial sahibkarlığın inkişafına yönəlmiş layihəmizin Lerik rayonu üzrə birinci fazası yekunlaşdı
7 Fevral 2022

Sosial sahibkarlığın inkişafına yönəlmiş layihəmizin Lerik rayonu üzrə birinci fazası yekunlaşdı.
Layihənin həyata keçirilməsində əsas məqsəd qeyd edilən rayonlarda 18-29 yaş arası gəncləri sosial sahibkarlıq haqqında maarifləndirmək və məşğulluqlarının artırılmasıdır.
Məlumat üçün qeyd edək ki, layihə "Yerli Təşəbbüslər üçün Kanada Fondu" proqramı çərçivəsində Kanadanın Türkiyədəki Səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.
Dəstək üçün "Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi"nə təşəkkürümüzü bildiririk.