Sosial sahibkarlığın inkişafına yönəlmiş layihəmizin Quba fazasına artıq start verilib
11 Fevral 2022

Sosial sahibkarlığın inkişafına yönəlmiş layihəmizin Quba fazasına artıq start verilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd qeyd edilən rayonlarda 18-29 yaş arası gəncləri sosial sahibkarlıq haqqında maarifləndirmək və məşğulluqlarının artırılmasıdır.
Qeyd edək ki, layihə "Yerli Təşəbbüslər üçün Kanada Fondu" proqramı çərçivəsində Kanadanın Türkiyədəki Səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.
Göstərdikləri dəstək üçün "Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyi"nə təşəkkürümüzü bildiririk.