Sosial sahibkarlığın inkişafına yönəlmiş layihənin ikinci fazası Quba və İsmayıllı rayonlarında yekunlaşdı

1 Mart 2022

Sosial sahibkarlığın inkişafına yönəlmiş layihənin ikinci fazası Quba və İsmayıllı rayonlarında yekunlaşdı

Sosial sahibkarlığın inkişafına yönəlmiş layihəmizin ikinci fazası Quba və İsmayıllı rayonlarında uğurla yekunlaşdı. 🤩

15 nəfər gəncin iştirak etdiyi təlimlərdə 4 gün ərzində sosial sahibkarlığa giriş, sosial sahibkarlıqda biznes modelləri, hekayə söyləmə, təqdimat bacarıqları və imkanlar mövzusunda müxtəlif təlim və vörkşoplar həyata keçirilib.

Qeyd edək ki, "Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların məşğulluq imkanlarının artırılması" layihəsi "Yerli Təşəbbüslər üçün Kanada Fondu" proqramı çərçivəsində Kanadanın Türkiyədəki Səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.

Göstərdikləri dəstək üçün, “Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba və İsmayıllı nümayəndəliyi”nə təşəkkürümüzü bildiririk.

ENG

The second phase of the project aimed at the development of social entrepreneurship has been successfully completed in Quba and İsmayilli regions. 🤩

During the trainings with the participation of 15 young people, various trainings and workshops on introduction to social entrepreneurship, business models in social entrepreneurship, storytelling, presentation skills and opportunities were carried out for 4 days.

It should be noted that the project “Increasing the employability of women and girls living in socio-economically disadvantaged regions of Azerbaijan by providing educational and capacity-building training" is implemented with the support "Canadian Fund for Local Initiatives" program of the Canadian Embassy in Turkey and organized by NAYORA.

We thank the “Quba and İsmayilli Office of the Youth Development and Career Center” for their support.