“Sosial Sahibkarlığın Əsasları” layihəsini yekunlaşdırdıq

18 İyul 2023

“Sosial Sahibkarlığın Əsasları” layihəsini yekunlaşdırdıq

NAYORA olaraq "Sağlam Gəncliyə Doğru" İctimai Birliyi ilə #Birlikdə “Sosial Sahibkarlığın Əsasları” layihəsini yekunlaşdırdıq.

4 gün davam edən təlimlərdə 20 gənc sosial sahibkarlığın əsasları, sosial problemlərin təyin edilməsi, ideyanın formalaşması, davamlı biznes modellərinin yaradılması, risklərin müəyyən edilməsi kimi mövzularda bilik və bacarıqlara yiyələnmiş, qrup işləri və təqdimatlarla çıxış etmişlər.

Sonda layihəni uğurla bitirən gənclər sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi ilə NAYORA-nın “ŞƏBƏKƏ” proqramı çərçivəsində keçirilib.