Sıra Beynəlxalq Gənclər Günündən geriyə qalanları sizinlə bölüşməkdədir
13 Avqust 2023

“YouthLand23” tədbirinin rəsmi açılış mərasimi baş tutub. Belə ki, ilk olaraq NAYORA-nın sədri Azər Əliyev çıxış edərək, Beynəlxalq Gənclər Günü ilə bağlı gəncləri təbrik etmiş və tədbir haqqında ümumi məlumat vermişdir.
Tədbirin rəsmi qonaqları AR Gənclər və İdman naziri Fərid Qayıbov, BMT nin Resident Əlaqələndirmə ofisinin Rəhbəri Kanako Mabuchi, Millət Vəkili Məzahir Əfəndiyev, AR Gənclər Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbov olub.
Rəsmi hissə yekunlaşdıqdan sonra gənclər təşkilatlarının və ölkələrin sərgisi keçirilib.
Qeyd edək ki, AR Gənclər və İdman Nazirliyi, AR Gənclər Fondu, üzv və tərəfdaş gənclər təşkilatlarının dəstəyi ilə keçirilən tədbir “Beynəlxalq Fəaliyyətlər ayı” çərçivəsində baş tutub.