“İstanbul 2023 Türk Dünyasının Gənclər Paytaxtı”nın açılış mərasimi keçirilib
7 May 2023

Mayın 4-də “İstanbul 2023 Türk Dünyasının Gənclər Paytaxtı”nın açılış mərasimi keçirilib.
Atatürk Kültür Mərkəzində baş tutan tədbirdə türkdilli ölkələrin gənclər sahəsinə məsul rəhbər şəxsləri, həmçinin fəal gənclər iştirak ediblər.
Rəsmi açılış mərasimindən sonra AR Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, NAYORA-nın Baş katibi Ramin Həbibzadə və nazirliyin əməkdaşları Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və təşkilatının digər səlahiyyətli nümayəndələri ilə ikitərəfli görüş keçiriblər. Görüş zamanı təşkilata üzv ölkələrin gənclər təşkilatları və gəncləri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və bir sıra ortaq fəaliyyətlərin həyata keçirilməsi müzakirə edilib.
Günün ikinci yarısında Türk Dövlətləri Təşkilatının ll Gənc Sahibkarlar Forumu və V Gənc Liderlər Forumu həyata keçirilib.