Stressi necə idarə edək mövzusunda təlim baş tutacaq

18 Oktyabr 2023

Stressi necə idarə edək mövzusunda təlim baş tutacaq

Hörmətli gənclər təşkilatları,

20 oktyabr, saat 15:00 tarixində "Stressi necə idarə edək?" mövzusunda görüşümüz baş tutacaq.

NAYORA və "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilən görüşdə spiker qismində Psyland Psixologiya və İnkişaf Mərkəzinin Psixoloqu Murad Akifsoy iştirak edəcək.

İnteraktiv formatda baş tutacaq görüş zamanı iştirakçılara stressin həyatımıza təsiri, özlərində və digər şəxslərdə mental sağlamlıq məsələlərinə diqqətin ayrılması, stressi idarə etməyin yolları kimi zəruri məqamlar müzakirə olunacaq.