“Suitcase of my life” metoduna əsaslanan silsilə fəaliyyətlər təşkil olunub

25 Fevral 2023

“Suitcase of my life” metoduna əsaslanan silsilə fəaliyyətlər təşkil olunub

“Remember to Act: Understand-Learn-Act” layihəsi çərçivəsində “Suitcase of my life” (həyatımın çamadanı) metoduna əsaslanan silsilə fəaliyyətlər təşkil olunub.

İlk fəaliyyət olaraq Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər arasında birgə qrup fəaliyyətlərdən ibarət vorkşoplar keçirilib.

Xocalı Soyqırımının 31-ci il dönümü ərəfəsində növbəti fəaliyyət olaraq fərqli nəsillərdən olan şəxslərin qatıldığı sərgi baş tutub. Tədbir zamanı münaqişədən əziyyət çəkən insanların çıxışları dinlənilib, ümumi fikir mübadilələri aparılıb. Xocalı sakinlərinin yer aldığı tədbirdə, həmçinin iştirakçıların doğma yurdları ilə bağlı xatirələrini, yaşantılarını əks etdirən şəkil, əşya və təsvirlər sərgilənib.

Qeyd edək ki, bu fəaliyyət nəsillərarası dialoqu təşviq etmək və dialoq vasitəsilə keçmiş hadisələrə fərqli yanaşma ortaya qoymaq məqsədi daşıyıb.