Şuşanın gəzməli, görməli yerlərini tanıyaq

18 Noyabr 2020

Şuşanın gəzməli, görməli yerlərini tanıyaq

Bəs siz Şuşada ilk haranı ziyarət edəcəksiniz?

Şuşa havasının saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da Şuşa öz istirahət guşələrinə görə məşhurdur.

Şuşadan 40 km aralıda-Laçın yolunun üstündə yerləşən Turşsu istirahət və müalicə zonası kimi tanınır. Onu ən çox məşhur edən isə şəfalı və müalicəvi vannalarıdır.

Şəhərin gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirlər. Bu yerin özünəməxsus xüsusiyyəti isə istirahət guşəsi olan Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşməsidir.

Bir digər turistlərin ən sevimli yeri, əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi "Cıdır düzü"-dür. Qərb tərəfində bir-birinin arxasında üç hündürlük yerləşdiyinə görə "Üçmıx" da adlandırılmışdır. Əsas istirahət yerlərindən biri olan "Cıdır düzü"ndə hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi.

Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edən meşədə palıd, fıstıq, qarağac kimi ağaclar vardır. Topxana əsl təbiət möcüzəsi idi. Topxananın heyvanat aləmi ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan ibarət idi. Topxana meşəsində subalp və alp çəmənləri, dərin dərələrində bulaqlar olub.

#Şuşa #KarabakhisAzerbaijan