Şuşanın mədəni irsi ilə tanış olaq

14 Noyabr 2020

Şuşanın mədəni irsi ilə tanış olaq

Bəs siz Şuşanın mədəni irsi barədə hansı maraqlı faktları bilirsiniz?

Şuşa şəhərinin siması ölkəmizin Bərdə, Beyləqan, Bakı, Gəncə, Şəki və Şamaxı kimi şəhərlərinin memarlıq üslublarını özündə əks etdirmişdir. Cıdır düzündə yerləşən Şuşa mağarası bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Eyni zamanda Şuşanın tarixi və etnik memarlıq mənzərəsini müəyyən edən karvansaray, məscid, bulaq, qalalar və bir çox mədəniyyət abidələri vardır. Bunlara Uğurlu bəy karvansarası, İbrahimxəlil xan məscidi, Xan qızı bulağı, Pənahəli xan sarayı kimi mədəni irsin nadir incilərini sadalamaq olar.

Azərbaycan mədəniyyətində tanınmış bir çox görkəmli incəsənət xadimləri Şuşada dünyaya göz açmışdır. Ədəbiyyatımızın inkişafında mühüm rol oynamış Molla Pənah Vaqif, Süleyman Sani Axundov, Xurşidbanu Natəvan, Yusif Vəzir Çəmənzəminli və onlarla digər görkəmli mütəfəkkirlər Şuşa ədəbi mühitinin yetirmələridir. Azərbaycan musiqisinin beşiyi olan eyni zamanda "Qafqazın konservatoriyası" kimi şöhrət qazanmışdır. Bu şərəfli adı Şuşalı Üzeyir bəy Hacibəyli, Xarrat Qulu, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov kimi saysız ölməz sənətkarlarımız yaratmışdır.

#KarabakhisAzerbaijan #Qələbə #Şuşa