Şuşanın tarixini və etnoqrafiyasını tanıyaq

13 Noyabr 2020

Şuşanın tarixini və etnoqrafiyasını tanıyaq

Bəs siz Şuşanın tarixi barədə hansı maraqlı faktlar bilirsiniz?

Gənclər, azad olunmuş Qarabağımızın hər bir şəhərini yaxşı tanımağınız üçün məlumatlandırıcı posterləri hər həftə sizinlə paylaşacağıq. Bu həftəki şəhərimiz isə alınmaz qala Şuşadır..

 

 Şuşa şəhərinin adı türk sözü "şüşə"dən götürülüb. Bütün Azərbaycan ellərindən uzun tarixi dövr ərzində uca, şiş dağlar başında səfalı yaylağı olan və Qarabağımızın mədəniyyət beşiyi adlandıran Şuşa el arasında, xalq ədəbiyyatında "Şişə" kimi də məşhur olmuşdur.

 

XVIII əsrin ortalarına yaxın  ərazisində müstəqil xanlıqlar dövrü başlandıqda qədim yurd yeri olan Şuşa yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın görkəmli dövlət xadimi, Qarabağ xanı Pənahəli xan Cavanşir əsası 1750-ci illərin əvvəlində qoyulmuş Şuşanı möhkəm qalaya çevirdi və Pənahabad adlandırdı. Xanlığın paytaxtı isə Pənahabada-Şuşaya köçürüldü.

 

#KarabakhisAzerbaijan #Qələbə #Şuşa