İsveçdə uzunmüddətli könüllülük proqramı
26 May 2023

Son müraciət tarixi: 5 İyun 2023
Əziz gənclər, sizin üçün İsveçdə bir illik təcrübə şansı təqdim edirik!
İsveçin paytaxtı Stokholm şəhərində Avropa Həmrəylik korpusunun bir illik könüllülük proqramı üçün 18-30 yaş aralığında olan 2 gənc axtarılır.
Proqramın müddəti 1 sentyabr 2023 - 30 avqust 2024-cü ildir.
Əgər siz də bu təcrübənin bir hissəsi olmaq istəyirsinizsə email ünvanımıza ([email protected]) müvafiq mövzu başlığı ilə (İsveçdə uzunmüddətli könüllülük proqramı) CV və motivasiya məktubunuzu (ingilis dilində) göndərə bilərsiniz. Qeyd edək ki, ancaq seçilmiş şəxslər müsahibəyə dəvət ediləcək.
Proqramın məlumat kitabçası (Infopack) üçün linkə daxil ola bilərsiniz: https://drive.google.com/.../1uckdmsuIAGLAZJGVZIANKI.../view
Son müraciət tarixi: 5 iyun, 2023-cü ildir.