Tbilisidə keçirilən "Gənclərin İnformasiya Strategiyasının inkişafı" seminarında iştirak etdik

23 May 2023

Tbilisidə keçirilən "Gənclərin İnformasiya Strategiyasının inkişafı" seminarında iştirak etdik

Gürcüstanın paytaxtı Tbilisidə "Gənclərin İnformasiya Strategiyasının inkişafı" seminarı keçirilib.

Tədbirdə ölkəmizi təmsil edən heyətin tərkibində NAYORA-nın sədri Azər Əliyev də olub.

Şərq tərəfdaşlığı proqramına daxil olan 4 ölkənin iştirakı ilə baş tutan seminarda gənclərin sosial, iqtisadi, karyera, sağlamlıq, fərdi inkişaf və digər istiqamətlərdə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə fəaliyyət göstərən “Eryica və Eurodesk” platformaları, onların fəaliyyət mexanizmləri haqqında ətraflı məlumat verilib və ən yaxşı təcrübələr paylaşılıb.

Qeyd edək ki, seminar “Salto EECA və Eurodesk” Polşa nümayəndəliyinin dəstəyi ilə keçirilib.