Teleaparıcı Nərgiz Cəlilova ilə görüşümüz baş tutacaq

14 Aprel 2023

Teleaparıcı Nərgiz Cəlilova ilə görüşümüz baş tutacaq

Son müraciət tarixi: 19 Aprel 2023

MÜRACİƏT ET

Əziz gənclər təşkilatlarının rəhbər və nümayəndələri,

"Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində növbəti təlimimiz Azərbaycan Respublikasının əməkdar artisti, teleaparıcı Nərgiz Cəlilova ilə baş tutacaq.

"İnformasiyanın düzgün çatdırılmasında uğurlu nitq normaları" mövzusunda keçiriləcək təlim zamanı PR mencerlər mövzu üzrə məlumatlandırılacaq və yaranan suallar ətrafında müzakirələr aparacaqlar.

Layihədə ancaq iştirakı təsdiqlənmiş şəxslər iştirak edə bilər.

Qeyd edək ki, layihə AR Medianın İnkişafı Agentliyi, AR Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilir.