Təlimçimiz Azad Qəhrəmanlı turizm sahəsində önəmli mövzulardan olan “Kənd turizmi biznesi necə işləyir?” və “Peşəkar müştəri xidməti” haqqında təlim keçəcəkdir

23 Fevral 2021

Təlimçimiz Azad Qəhrəmanlı turizm sahəsində önəmli mövzulardan olan “Kənd turizmi biznesi necə işləyir?” və “Peşəkar müştəri xidməti” haqqında təlim keçəcəkdir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi,Dövlət Məşğulluq Agentliyi 
tərəfdaşlığı ilə həyata keçirdiyimiz "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsinin ilk təlimçisi Azad Qəhrəmanov olacaq. Təlimçimiz Azad Qəhrəmanlı turizm sahəsində önəmli mövzulardan olan “Kənd turizmi biznesi necə işləyir?” və “Peşəkar müştəri xidməti” haqqında təlim keçəcəkdir. Təlim haqqında geniş məlumat vermədən əvvəl təlimçimiz ilə yaxından tanış olaq. Azad Qəhrəmanlı kimdir və nə işlə məşğul olur?!

2004-cü ildən birbaşa Satış sistemində fəaliyyət göstərən, Azərbaycanın 7 regionu, Gürcüstan, Rusiya və Ukrayna Respublikalarına qədər inkişaf edən böyük müştəri bazası yaratmış, bu müddət ərzində 1000-dən çox satış nümayəndəsini hazırlamış Azad Qəhrəmanlı “Sat Group" şirkətinin həmtəsisçisi və direktorudur. "SAT Forum" və "Biznes İdarəçiliyi Forumu"-nun təsisçilərindən biridir. Həmçinin, satış mövzusunda Azərbaycanda ən çox oxunan kitablardan biri - “SAT!” kitabının müəllifidir. Azad Qəhrəmanlı təlimdə nə keçəcək bəs? Deməli, əziz dostlar “Kənd turizmi biznesi necə işləyir?” təliminə daxildir:

- Kənd turizm biznesi;
- Bu biznes necə işləyir;
- Qazanc imkanları;
- Müştəri gözləntiləri;
- Əsas uğur faktorları.

Təlimçimizin ikinci yəni “Peşəkar müştəri xidməti” təlimi isə aşağıdakı mövzuları əhatə edir:
- Müştəri məmnuniyyəti;
- Müştəri yönümlülük;
- Müştəri xidməti;
- Müştəri psixoloji tipləri;
- Xidmət tərzləri.