“Təşkilatlarda KSM strategiyasının tətbiqi” mövzusunda görüş baş tutub
19 Oktyabr 2022

Bu gün Gənclər təşkilatları ilə birlikdə ABB-nın Korporativ kommunikasiya şöbəsinin Baş mütəxəssisi Könül Hilalla “Təşkilatlarda KSM strategiyasının tətbiqi” mövzusunda görüşdük.
Görüş zamanı korporativ sosial məsuliyyət nədir, gənclərlə iş sahəsində necə tətbiq olunmalıdır, beynəlxalq təcrübədə təşkilatların KSM strategiyası kimi mövzular ətrafında ümumi müzakirələr apardıq. Sonda təşkilat nümayəndələrinin ünvanladıqları suallar cavablandırıldı və sertifikatlar təqim olundu.
Dəvətimizi qəbul etdiyi üçün Könül Hilala təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, layihə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.