Təlimçilər üçün təlim kursuna start veririk
12 İyun 2023

Son müraciət tarixi: 12 İyun 2023
Gənclərlə iş sahəsində çalışan təlimçilər və gələcəkdə təlimçi olmaq istəyən gənclərin nəzərinə!
“Azərbaycanın regionlarında gənc təlimçilərin, fasilitatorların və multiplayerlərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsinə start veririk.
Layihənin əsas məqsədi gənc təlimçilərin bacarıqlarını inkişaf etdirmək və onların icmalarında qeyri-formal təhsil istiqamətində fəaliyyətlərini dəstəkləməklə Azərbaycanın regionlarında qeyri-formal təhsilin cəlbediciliyini və keyfiyyətini artırmaqdır.
QEYD: Təlimlər ayrı-ayrılıqda Mingəçevir və Lənkəran şəhərlərində keçiriləcəkdir. İştirakçılar aid olduqları və ətrafı regionda keçiriləcək təlimlərə qatılacaqlar.
Layihə Avropa Şurasının Avropa Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçiriləcək.