Torpaq Çərşənbəniz Mübarək!

16 Mart 2021

Torpaq Çərşənbəniz Mübarək!

Bu gün ölkəmizdə torpaq çərşənbəsi qeyd olunur.

Bölgələrdə bu, sonuncu çərşənbə olduğu üçün İlaxır Çərşənbə adı ilə də tanınır.

Torpaq Çərşənbəsinin ayinlərinin və adət-ənənələrinin daha çox olması, eyni zamanda digər çərşənbələrdən xüsusi qeyd olunması insanların torpağa bağlı olmasından irəli gəlir.

Torpaq çərşənbəniz mübarək!