Tullantıların idarəedilməsi və ekoloji maarifləndirmə layihəsi keçirilib

27 Mart 2023

Tullantıların idarəedilməsi və ekoloji maarifləndirmə layihəsi keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və "Təbiət Dostları" GİBnin təşkilatçılığı ilə “Tullantıların İdarə edilməsi və Ekoloji Maarifləndirmə” layihəsi təşkil edildi. Layihənin əsas ideyası tullantıların idarə edilməsi prosesinin əhəmiyyətinin gənclərə izah edilməsi və tullantıların iqlim dəyişikliklərinə təsiri mövzusunda məlumatlılığın artırılmasıdır. Layihə bir necə mərhələdə keçirilidi. 25 Dekabr - 25 Mart 2023 tarixlərini əhatə edən layihə ilkin olaraq Lerik rayonunda təlim-təcrübə düşərgə formatında başladı, daha sonra “Tullantıların İdarə Edilməsi” mövzusunda müzakirələr (“Green Drinks” görüşlər) və ekskursiyalar (Təmiz Şəhər ASC) təşkil edilərək davam etdi. Layihə müddətində keçirilən düşərgə, görüşlər və ekskursiyalar zamanı dəvət edilən mütəxəssislərimiz Minayə Əkbərli və Orxan Cabbarlı tərəfindən aşağıdakı mövzular müzakirə edildi: • Tullantıların ətraf mühitə təsiri; • Tullantıların yenidən emal texnologiyası; • Tullantıların çeşidlənməsi; • Tullantıların kompaslanması; 

“Təbiət Dostları” GİB 2008-ci ilin sentyabr ayında bir qrup gənc tərəfindən yaradılıb. Missiyamız - Ölkədə ekoloji maariflənmə sahəsində fəaliyyətləri gücləndirmək və ictimayətin fəal iştirakı ilə qlobal ekoloji problemlərin lokal olaraq həllinə çalışmaqdır. Birlik 14 ildən çoxdur ki, ölkədə ekoloji maarifləndirmə sahəsində yüzlərlə layihə həyata