Şuşada “Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi” keçirilir
28 İyul 2023

Layihənin ikinci günündə ARGTMŞ-nın sədri Azər Əliyev tərəfindən öncəliklə NAYORA və gənclər təşkilatları haqqında məlumat verilmiş, daha sonra Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vörkşop keçirilmişdir. A. Əliyev qlobal miqyasda DİM-lərin icrasında gənclərin fəal iştirakının təşviqindən söhbət açıb. Qrup işi ilə davam edən sessiyada iştirakçılar dayanıqlı inkişaf mövzusu ətrafında geniş fikir mübadiləsi aparıblar.
Qoşulmama Hərəkatı (QH) Gənclər Təşkilatının təsis sənədi olan Şuşa Akkordunun 1 ilinin tamam olması münasibəti ilə baş tutan tədbir Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən həyata keçirilir.
Qeyd edək ki, NAYORA Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Azərbaycan üzrə Milli bölməsidir.