“Uşaqların da Hüquqları var” adlı Erasmus+ layihəsində iştirak edirik

20 May 2023

“Uşaqların da Hüquqları var” adlı Erasmus+ layihəsində iştirak edirik

NAYORA olaraq Türkiyənin Ankara şəhərində keçirilən “Uşaqların da Hüquqları var” adlı Erasmus+ layihəsində iştirak edirik.

Əməkdaşlarımız Jalə Həsənova, Sevinc Sadıqova, Yunis Abdullayev, Gənc elçimiz Azər Seyidli, həmçinin üzv təşkilatımız Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin nümayəndələri Nərminə Hüseynzadə, Şəfayət Qurbanovanın iştirak etdiyi layihədə Azərbaycanla yanaşı Ukrayna, Gürcüstan və Makedoniyadan olan gənclər də iştirak edir.

Lahiyə müddətində məlumatlandırma seminarları, ölkələrin uşaq hüquqları ilə bağlı təqdimatlar, ziyarətlər, mədəniyyət gecəsi həyata keçirilir.

Qeyd edək ki, layihə Söğütüözü Hukuk Derneğinin təşkilatçılığı ilə keçirilir.