Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş onlayn intellektual turnir keçirilib

10 May 2020

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş onlayn intellektual turnir keçirilib

“Yurd“ Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə gənclər arasında “Azərbaycan deyəndə səni düşünürük biz!” adlı onlayn intellektual kviz yarışması keçirib.


Təşkilatın feysbuk səhifəsi üzərindən həyata keçirilən onlayn turnirə Quba, Qusar, Şəki və Bərdədən olan 20 nəfər gənc qatılıb. Yarışda iştirak edən gənclər müəyyən vaxt ərzində Ümummilli Lderin həyat və fəaliyyətindən bəhs edən 10 sualı cavablandırıblar.

Yarışın keçirilməsində əsas məqsəd Ümummilli Lder Heydər Əliyevin xatirəsini yad etmək, onun həyat və fəaliyyətinin gənclər arasında təbliğ etmək, eyni zamanda gənclərin asudə vaxlarını intellektual oyunlar vasitəsilə səmərəli təşkil etməkdir.

Yarışın yekun nəticələrinə əsasən Elcan Beydiyev 41 xalla qalib adını qazanıb. Hicran Salahova və Elvin Şükürov müvafiq olaraq 23 balla ikinci, Mustafa Mustafayev və Elxan Əskərov isə 20 balla üçüncü yerləri tutublar.

Yekunda qalib və mükafatçılara təşkilat tərəfindən onlayn diplomlar, bütün iştirakçılar isə sertifikatla təltif edilib.