UNESCO 2022 İpək Yolları Gənclərin Tədqiqat Qrantı üçün təkliflərin qəbulunu açıq elan edir!

10 Aprel 2022

UNESCO 2022 İpək Yolları Gənclərin Tədqiqat Qrantı üçün təkliflərin qəbulunu açıq elan edir!

Son müraciət tarixi: 31 May 2022

MÜRACİƏT ET

UNESCO 2022 İpək Yolları Gənclərin Tədqiqat Qrantı üçün təkliflərin qəbulunu açıq elan edir!

 

UNESCO 35 yaşdan aşağı gəncləri 2022 İpək Yolları Gənclərin Tədqiqat Qrantı üçün müraciət etməyə çağırır. Qrant gənc tədqiqatçıları İpək Yollarının ortaq irsinin daha da öyrənilməsinə cəlb etmək məqsədi daşıyır. Təklif olunan tədqiqat fərdi tədqiqatçı tərəfindən aparıla, qrup və ya birgə layihə tədqiqatının bir hissəsi ola bilər. Hər bir tədqiqat layihəsi üçün 10,000 ABŞ dolları olmaqla ümumilikdə 12 qrant veriləcək. Tədqiqat aşağıda qeyd olunmuş hallarla bağlı xüsusi məsələlərə müraciət etməlidir:

•             İpək Yolları boyunca inkişaf edən ortaq irs və topluluqlar,

•             onun daxili müxtəlifliyi,

•             yaradıcılıq, mədəniyyətlərarası dialoq, sosial birlik, regional və beynəlxalq əməkdaşlıq üçün müasir cəmiyyətlərdə onun potensialı

•             dayanıqlı sülh və inkişaf.

 

Təklif olunan tədqiqat İpək Yollarının ortaq irsi ilə əlaqəli bir və ya bir neçə mövzunu əhatə edə bilər, o cümlədən:

•             Elm, Texnologiya və Ənənəvi Bilik

•             Din və Mənəviyyat

•             Dil və Ədəbiyyat

•             İncəsənət və Musiqi

•             Ənənəvi İdman və Oyunlar

•             İqtisadiyyat və Ticarət

•             İpək Yollarının İrsi və Müasir Problemlər

 

Təkliflərin təsdiq edilməsi üçün son tarix 31 may 2022-ci ildir!

Qrant mükafatçılarının siyahısı 2022-ci ilin sentyabr ayının sonunda elan ediləcək.