Üzv gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşlərə start verildi
11 Yanvar 2022

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadənin üzv gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşlərinə start verilmişdir.
Oflayn formatda Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən görüşlərin əsas məqsədi üzv gənclər təşkilatlarının fəaliyyətlərini dinləmək və gələcəkdə keçirilməsi planlaşdırılan layihələr haqqında müzakirələr aparmaqdır.
İlk görüş Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (ELSA) və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyi (AGAT) ilə baş tutmuşdur.