Vebinar: Vərəmlə mübarizədə ictimai səhiyyənin rolu

28 Mart 2021

Vebinar: Vərəmlə mübarizədə ictimai səhiyyənin rolu

Son müraciət tarixi: 30 Mart 2021

MÜRACİƏT ET

Sizcə, bir nəfər və ya bir komanda heç bir pasiyentlə təmas etmədən hansısa xəstəliyin mübarizəsinə töhfə verərək onu məğlub edə bilərmi?

📍 Ümumiyyətlə, qərarverici səhiyyə qurumları səviyyəsində bu mübarizə necə gedir? Mübarizə planı qurularkən hansı faktorlar nəzərə alınır, hansı metodlar istifadə edilir? İctimai səhiyyə mütəxəssisləri və müxtəlif qərarverici səhiyyə qurumlarının birgə işi minlərlə insanın həyatını xilas edə bilərmi?

🔺 Budəfəki görüşümüz məhz bu suallar ətrafında olacaq!

🩺👩🏻‍⚕️ "Vərəmlə mübarizədə ictimai səhiyyənin rolu" adlı tədbirimizdə ictimai səhiyyə mütəxəssislərinin fəaliyyəti barədə bir az daha çox öyrənəcəyik. Həmçinin öyrəndiklərimizi tətbiq etmək üçün bir situasiya məsələsini səhiyyə qurumlarının işçiləri kimi müzakirə edəcəyik. Əgər gələcəkdə özünüzü ölkənin aparıcı səhiyyə qurucularından biri kimi görürsünüzsə, bu vebinara dəvətlisiniz!

👩🏻‍⚕️ Spikerimiz Fidan Talışinskaya ABŞ-ın Nyu-York Dövlət Universitetində, Praqanın Nyu-York Universitetində bakalavr dərəcələrini əldə etdikdən sonra İngiltərənin Esseks Universitetində Azərbaycanda ictimai səhiyyəyə dair geniş araşdırma edib, bu mövzuda diplom işini müdafiə edib və fərqlənmə ilə ictimai səhiyyə üzrə magistr dərəcəsi alıb.

🌐 Hal-hazırda, Ümumdünya Səhiyyə Təşkilatında ictimai səhiyyə üzrə mütəxəssis vəzifəsində çalışır.

🗓️ Tarix : 30 mart, saat 19:00

🇦🇿 Dil: azərbaycanca

💻 Platforma: Zoom

📌 Qeydiyyat linkihttps://zoom.us/.../tJApdOCqpzMsEtP8ggRWNbYxcpybhj1uUwR3

• İnteraktivliyin keyfiyyətinin qorunması üçün yerlər məhduddur, limitə qədər qeydiyyatdan keçən iştirakçılar dəvət linkini alacaq. Qeydiyyatdan keçib iştirak etmədiyiniz 12 saat qalmış bildirmədiyiniz təqdirdə növbəti tədbirlərdə iştirakınız məhdudlaşdırılacaqdır.

• Qoşulma linki elektron poçt ünvanınıza göndəriləcək.