“Vəkil olmaq istəyirəm” adlı qış məktəbinin iştirakçıları Gənclər Təşkilatlarının Resurs Mərkəzinin qonağı olublar

16 Fevral 2023

“Vəkil olmaq istəyirəm” adlı qış məktəbinin iştirakçıları Gənclər Təşkilatlarının Resurs Mərkəzinin qonağı olublar

“Vəkil olmaq istəyirəm” adlı qış məktəbinin iştirakçıları Gənclər Təşkilatlarının Resurs Mərkəzinin qonağı olublar.

İlkin olaraq iştirakçılar Resurs Mərkəzi ilə tanış olub, daha sonra onlara gənclərlə iş sahəsində fəaliyyət göstərən qurum və təşkilatlar haqqında məlumat verilib. Həmçinin NAYORA-nın Yerli layihələr üzrə katibi Rinat Abbasov tərəfindən təşkilat haqqında təqdimat nümayiş etdirilib.

📌Qeyd edək ki, “Vəkil olmaq istəyirəm” adlı qış məktəbi hüquqşünas tələbələrdə vəkillik peşəsinə marağın artırılması və onların qış tətilini səmərəli keçirməsi məqsədilə təşkil olunub.

Layihə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.