Vüqar İbadovla görüşümüz baş tutacaq
29 Mart 2023

Gənclər təşkilatlarının rəhbər və nümayəndələri,
5 aprel tarixində tanınmış fotoqraf/fotojurnalist Vüqar İbadovla görüşümüz baş tutacaq.
“İnformasiya təhlükəsizliyinin təmin edilməsində vizuallıq göstəriciləri” mövzusunda baş tutacaq görüşün məqsədi gənclər təşkilatlarının nümayəndələrinin mövzu üzrə məlumatlılığının artırılması və yaranan sualların cavablandırılmasından ibarətdir.
Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə düzgün foto çəkilişlərin aparılması, informasiya təhlükəsizliyi baxımından diqqət edilməli məqamlar müzakirə ediləcək, həmçinin foto jurnalist Vüqar İbadov öz təcrübələrini bölüşəcək.
Qeyd edək ki, görüş Aprel döyüşlərinin 7-ci ildönümü səbəbi ilə NAYORA-nın təşkilatçılığı ilə keçirilir.