Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib
17 Oktyabr 2023

Bu gün Gənclər Təşkilatlarının Resurs Mərkəzində xalq şairi Ramiz Rövşənlə görüşümüz keçirildi.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan görüşdə şair ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini iştirakçılarla bölüşüb, onların ünvanladıqları sualları cavablandırıb.