Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə ilə görüş keçirilib

29 Yanvar 2023

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə ilə görüş keçirilib

26 yanvar tarixində "Gənc Elçilər" proqramı çərçivəsində Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə ilə görüş keçirilib.

Görüşdə informasiya təhlükəsizliyinin əhəmiyyəti, yerli və beynəlxalq səviyyədə təmin edilməsi yolları, Xarici İşlər Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər müzakirə edilmişdir.

İnteraktiv formada keçən görüşdə gənc elçilərin ünvanladıqları suallar cavablandırılıb və sonda xatirə fotosu çəkilib.

Dəvətimizi qəbul etdiyi üçün Ayxan Hacızadəyə təşəkkürümüzü bildiririk.