Xəzər Məşvərət Şurası tərəfindən "Ətraf-mühitin qorunması və bərpası" mövzusunda təlim keçirildi

27 Fevral 2021

Xəzər Məşvərət Şurası tərəfindən "Ətraf-mühitin qorunması və bərpası" mövzusunda təlim keçirildi

📢Xəzər Məşvərət Şurası tərəfindən ikinci təlim təşkil edildi.

📜Xəzər Məşvərət Şurası üzvləri tərəfindən 25 fevral 2021-ci il tarixində Xəzər gəncləri üçün təlimçi Samir Qədirovun təqdimatında "Ətraf-mühitin qorunması və bərpası" mövzusunda təlim keçirildi.

Qeyd edək ki, ▶️Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ▶️Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, ▶️UNICEF Azərbaycan texniki dəstəyi və ▶️Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin 📍Biləsuvar, 📍Bakı şəhəri Xəzər rayon, 📍Şəmkir, 📍Tovuz, 📍Qazax rayon İcra Hakimiyyətləri yanındakı üzvləri böyük ruh yüksəkliyi ilə fəliyyətlərinə davam edirlər.