Xəzər Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Ətraf-mühitin qorunması və bərpası” mövzusunda onlayn təlim baş tutdu
5 Mart 2021

"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi çərçivəsində yaradılmış Xəzər Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Ətraf-mühitin qorunması və bərpası” mövzusunda onlayn təlim baş tutdu.Təlimdə Samir Qədirov Xəzər Məşvərət Şurasının gəncləri ilə məlumat mübadiləsi apardı və sonda iştirakçıların sualları spiker tərəfindən ətraflı şəkildə cavablandırıldı.
Məlumat üçün qeyd etmək istərdik ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və UNICEF-in Azərbaycan Nümayəndəliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.