Xəzər Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Tullantılardan səmərəli istifadə” mövzusunda onlayn təlim baş tutdu
5 Mart 2021

"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi çərçivəsində yaradılmış Xəzər Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Tullantılardan səmərəli istifadə” mövzusunda onlayn təlim baş tutdu.Təlimdə Məhbubə Əliyeva mövzu ilə bağlı Xəzər Məşvərət Şurasının gəncləri ilə məlumat mübadiləsi apardı və sonda iştirakçıların sualları spiker tərəfindən ətraflı şəkildə cavablandırıldı.
Məlumat üçün qeyd etmək istərdik ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və UNICEF-in Azərbaycan Nümayəndəliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.