Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının üzvləri ilə görüş

27 Oktyabr 2021

Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının üzvləri ilə görüş

26 oktyabr 2021-ci ildə Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının üzvləri ilə görüş baş tutmuşdur.

Görüşdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadə və Xəzər Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Ofeliya Məmmədzadə çıxış edərək, öncəliklə layihə haqqında məlumatlar vermiş, daha sonra isə Məşvərət Şurasına yeni seçilmiş üzvlərin suallarını cavablandıraraq, fəaliyyətlərində uğurlar arzu edilmişdir.