XI könüllülük proqramından məzun olan könüllülərimizlə görüş baş tutdu

17 Mart 2023

XI könüllülük proqramından məzun olan könüllülərimizlə görüş baş tutdu

Artıq 4 aydır ki, bizimlə birlikdə fəaliyyət göstərən XI könüllülük proqramından məzun olan könüllülərimizlə görüş baş tutdu.

Görüş zamanı bu müddət ərzində könüllülüyün onlara qazandırdığı fürsətləri, qatdığı dəyərləri və xoş təəssüratları bizimlə bölüşüb gələcək planlarından söz açdılar. Sonda isə proqramı uğurla tamamlayan gənclər sertifikatla təltif edildilər.

Məzun könüllülərimizi təbrik edir və bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirik.